...

Azərbaycanın öz torpaqlarını qaytarması bizi çox sevindirir - Səfir

Siyasət Materials 27 Avqust 2022 17:01 (UTC +04:00)
Azərbaycanın öz torpaqlarını qaytarması bizi çox sevindirir - Səfir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycan dövlətinin öz torpaqlarını beynəlxalq hüquq çərçivəsində qaytarması bizi çox sevindirir.

Trend xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Bosniya və Herseqovinanın Türkiyədəki səfiri Adis Alagic deyib.

O qeyd edib ki, eyni zamanda, Qarabağda sürətli şəkildə təmir-bərpa işlərinin aparılması məmnunedicidir.

"Bosniya xalqının Azərbaycan xalqına salamlarını çatdırmaq istəyirəm. Onu da qeyd etmək istəyirəm ki, xalqlarımızın ortaq tarixi, ortaq mədəniyyəti, ortaq kədərləri var. Ən əsası isə ortaq gələcəyə baxışımız var. Burada barışığın nə qədər ciddi istənildiyi və üzərində işlənildiyini gördük. Bu məsələdə Azərbaycanı dəstəkləyirik”, - deyə səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti