İqor Xovayev Azərbaycan və Ermənistana səfər edəcək

Siyasət Xəbər 14 Sentyabr 2022 11:53 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsi üzərində iş üçün Azərbaycan və Ermənistana səfər edəcək.

Trend-in məlumatına görə, bunu Rusiya XİN-in MDB ölkələri departamentinin direktoru Denis Qonçar deyib.

"Sülh müqaviləsinin hazırlanması məsələsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı səylərimizdə vacib yer tutur", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:

Xəbər lenti

Xəbər lenti