...

Baş Prokurorluqdan hərbi qulluqçuların sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama

Siyasət Materials 2 Oktyabr 2022 13:25 (UTC +04:00)
Baş Prokurorluqdan hərbi qulluqçuların sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulması iddia olunduğu görüntülər paylaşılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.

Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti