Bakı. Trend:
Gürcüstan regionda sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan nümayəndələrinin görüş yeri olmağa hazırdır.
Trend-in məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib.
"Biz qonşularımızın xüsusi etimadını qazanmışıq və gələcəkdə onların danışıqlarda konkret nəticələr əldə edə bilməsi və regionda sülh və sabitliyin bərqərar olması üçün sakit dialoq apara biləcəyi məkan təqdim etməyə hazırıq", - deyə nazir bildirib.
(Tərcümə: Orxan Nəbiyev)