...

ABŞ Cənubi Qafqazda Aİ missiyasının yaradılmasını alqışlayır - Dövlət Departamenti

Siyasət Materials 8 Oktyabr 2022 10:09 (UTC +04:00)
ABŞ Cənubi Qafqazda Aİ missiyasının yaradılmasını alqışlayır - Dövlət Departamenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Cənubi Qafqazda Avropa İttifaqı (Aİ) missiyasının yaradılmasını alqışlayır.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel brifinq zamanı deyib.

Onun sözlərinə görə, bu missiya Azərbaycan və Ermənistan arasında etimadı möhkəmləndirə və dialoqun davam etməsinə kömək göstərə bilər.

"Biz Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin görüşünü, eləcə də Fransa prezidenti ilə Aİ Şurasının rəhbərinin hərtərəfəli sülh prosesinə təkan vermək cəhdlərini alqışlayırıq. Biz, xüsusilə, regionda Aİ müşahidəçilər missiyası məsələsində irəliləyişi alqışlayırıq. Bu missiya tərəflər arasında etimadın möhkəmləndirilməsini və dialoqun davam etməsini hədəfləyir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti