...

Vandalizmin ən iyrənc forması - Ermənistan məzarları da dağıdır, UNESCO isə hələ də göz yumur (FOTO)

Siyasət Materials 17 Oktyabr 2022 14:33 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər veridiyimiz kimi, sosial şəbəkələrdə ermənilərin növbəti vəhşiliyini əks etdirən görüntülər yayılıb. Belə ki, görüntülərdə ermənilər yük maşını ilə azərbaycanlılara aid məzar daşlarını dağıdırlar. Görüntülərin Ermənistan ərazisində çəkildiyi güman olunur.

Rəsmi Bakı dəfələrlə Ermənistan ərazisində azərbaycalılara aid tarixi abidələrin, məzarların dağıdıldığını beynəlxalq təşkilatlara bildirib, bu vandalizm aktlarının UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılması məsələsi də təklif olunub. Lakin UNESCO-nun məsələyə laqeyd münasibəti ermənilərə bu vəhşilikləri təkrarlamağa imkan yaradır. UNESCO bu vandalizm aktlarına göz yumduqca, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı da artır.

Ermənilərin işğaldan azad olunmuş ərazilərdə törədiyi dağıntılara nəzər salmaq kifayətdir ki, erməni vandalizminin nə dərəcə geniş yayıldığının şahidi olasan. Ermənistan 30 il işğal altında saxladığı torpaqlarımızda daşı daş üstündə qoymayıb. Tarixi abidələr, yaşayış yerləri, dövlət qurumlarının binaları tamamilə dağıdılıb. Düşmən 30 ilə yaxın işğal dövründə azərbaycanlılara aid qəbiristanlıqları dağıdıb, talan edib.

Azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış qəbrstanlıqların bəzilərini təqdim edirik:


Cəbrayıl qəbiristanlığı​

Ermənilər tərəfindən dağıdılmış, talan edilmiş qəbiristanlıqlardan biri Cəbrayıl qəbiristanlığıdır. Cəbrayıl azad olunduqdan sonra burada çəkilmiş fotolardan da məlum olur ki, ermənilər məzarları dağıtmaqla kifayətlənməyib, hətta bəzilərini qazıblar.


Füzuli rayonu, Kürdlər kənd qəbiristanlığı

Analoji hadisə Füzulidə də törədilib. Beləki, Füzuli şəhərində və rayonun Qaraxanbəyli, Dədəli, Kürdlər kəndlərindəki qəbiristanlıqlar ermənilər tərəfindən dağıdılıb.


Zəngilan rayonu Ağalı kənd qəbiristanlığı

Həmçinin Azərbaycan tərəfinin apardığı faktaraşdırıcı missiya çərçivəsində müəyyən olunub ki, Zəngilan rayonun Məmmədbəyli və Ağalı kənd qəbiristanlıqları da dağıdılıb, həmçinin qəbrstanlıq ərazisi ermənilər tərəfindən minalanıb.


Ağdam şəhər qəbrstanlığı

Ağdamda da oxşar hadisələr törədilib, qəbrstanlıqları dağıdan ermənilər, eyni zamanda ərazini minalayıblar.


Qubadlı qəbiristanlığı

İşğaldan azad edilən Qubadlı rayonu ərazisində yerləşən qəbiristanlıqlar da erməni vandalizimin qurbanı olub. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı rayonun dini, mədəni, tarixi abidələri ilə yanaşı məzarlıqları da dağıdaraq viran qoyub. Qəbiristanlıq o dərəcə dağıdılıb ki, məzarların əksəriyyətinin yerini müəyyənləşdirmək belə mümkün deyil.

İşğal etdikləri ərazilərdən azərbaycanlıların izlərini silməyə çalışan Ermənistan azərbaycanlılara aid tarixi abidələri, məzarlıqları tamamilə dağıdıb, tanınmaz hala salmağa çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti