...

Beynəlxalq təşkilatlar Azərbaycan qarşısında imtahandan çıxa bilmədi - Zahid Oruc

Siyasət Materials 20 Oktyabr 2022 10:57 (UTC +04:00)
Beynəlxalq təşkilatlar Azərbaycan qarşısında imtahandan çıxa bilmədi - Zahid Oruc
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

BMT, ATƏT, Avropa Şurası, "Amnesty İnternational" və digər beynəlxalq təşkilatlar Azərbaycan qarşısında imtahandan çıxa bilmədi.

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bu gün Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında panel müzakirələri zaman deyib.

Z.Oruc bildirib ki, Azərbaycan xalqının ən böyük imtahanı Vətən müharibəsi idi və xalq o imtahandan üzüağ çıxdı. “Harada işğala məruz qalan ölkə varsa Azərbaycan təcrübəsi onlar üçün ən yaxşı nümunədir. Azərbaycan işğala, ərazi bütövlüyünün pozulmasına qarşı mübarizədə yeni bir model ortaya qoydu”, - deyə Z.Oruc bildirib.

O əlavə edib ki, 30 il ərzində işğal altında qaldığı müddətdə ermənilər Azərbaycan ərazilərini minalarla çirkləndirib, bir milyondan artıq mina basdırıb.

“Ağdamda, Zəngilanda, digər şəhərlərdə daş üstündə daş qoyulmayıb. Sadəcə dağılmış bir-iki divar qalıb. Bizim işğaldan azad edilmiş bütün rayonlarımız bir-birinə bənzəyir. Hamısında təcavüz, vəhşilik, barbarlıq izi var”, - deyə Z.Oruc əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti