Bakı. Trend:
Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə mühüm töhfə verir.
Trend-in məlumatına görə, bunu oktyabrın 27-də BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
E.Məmmədov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra əraziləri təhlükəyə məruz qalmaqdan qlobal təhlükəsizliyə töhfə verməyə qədər uzun bir yol keçib.
Nazir müavini əlavə edib ki, 30 illiklə bağlı Azərbaycanda silsilə tədbirlər təşkil olunub.