...

Hərbi İdarəetmə İnstitunda NATO-nun təlim kursu keçirilir (FOTO)

Siyasət Materials 10 Noyabr 2022 17:22 (UTC +04:00)
Hərbi İdarəetmə İnstitunda NATO-nun təlim kursu keçirilir (FOTO)

Bakı. Trend:

NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən Hərbi İdarəetmə İnstitutunda "NATO-da operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi" təlim kursu keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin ilk günündə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçularımıza mobil təlim qrupunun nümayəndələri tərəfindən "NATO və hərbi əməkdaşlıq", "NATO-da əməliyyatların planlama prosesi", "NATO-da əməliyyatların qiymətləndirilməsi", "NATO-da əməliyyatların analiz sistemləri" və digər mövzularda brifinqlər təqdim olunub.

Noyabrın 12-dək davam edəcək kursda iştirak edən dinləyicilərə aidiyyatı mövzular barədə məlumatlar veriləcək və müxtəlif məşğələlər təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti