...

Azərbaycanın Albaniya və Keniyada səfirliyi açılacaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 Noyabr 2022 13:02 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Albaniya və Keniyada səfirlik açılması ilə bağlı qanun layihəsi Milli Məclisdə qəbul edilib.

Trend-in məlumatına görə, bununla bağlı qanun layihələri parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək. Həmçinin iclasda "Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında" qanun layihələri də müzakirəyə çıxarılıb. Qanun layihələri müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

XXX

12.30

Azərbaycanın Albaniya və Keniyada səfirliyi açılacaq.

Trend-in məlumatına görə, bununla bağlı məsələlər parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

İclasda deputatlar bu məsələni də müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti