Bakı. Trend:
Üçtərəfli bəyanatların bir sıra bəndləri Ermənistan tərəfindən yerinə yetirilmir.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.
“Təəssüflə qeyd etməliyik ki, üçtərəfli bəyanatın bir sıra fundamental müddəaları hələ də Ermənistan tərəfindən yerinə yetirilmir. Onların arasında üçtərəfli bəyanatda nəzərdə tutulsa da, erməni birləşmələrinin hələ də Azərbaycan ərazilərindən tam çıxarılmamasını qeyd etmək istərdim. Həmçinin, mina məsələləri problemlidir. Bizim böyük faciəvi nəticələrimiz var. Hər həftə praktiki olaraq mina sahələri xəritələrinin natamam və qeyri-dəqiq təqdim edilməsi faciəvi nəticələrə gətirib çıxarır. 268 nəfər mina qurbanı olub, onlardan 45 nəfəri həyatını itirib və onların 25-i mülki şəxsdir”, - deyə Ceyhun Bayramov qeyd edib.