...

Macarıstan səfiri ilə minatəmizləmə fəaliyyətində mümkün əməkdaşlıq müzakirə edilib

Siyasət Materials 6 Dekabr 2022 18:09 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamas Torma ilə görüş keçirib.

ANAMA-dan Trend-ə bildirilib ki, görüş zamanı mina təhlükəsi ilə mübarizə fəaliyyətində gələcək birgə əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.

Cənab səfir işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və davamlı bərpa-quruculuq işlərinin aparılması məqsədilə icra edilən genişmiqyaslı minatəmizləmə əməliyyatlarına təmsil etdiyi hökumətin töhfə vermək niyyətində olduğunu qeyd edib.

Vüqar Süleymanov öz növbəsində Macarıstan hökumətinin humanitar minatəmizləmə fəaliyyətinə bügünədək göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti