...

İkili standartlar va ayrı-seçkilikdən ən çox əziyyət çəkən xalqlardan biri Azərbaycan xalqı olub - Səbinə Əliyeva (FOTO)

Siyasət Materials 9 Dekabr 2022 11:29 (UTC +04:00)
İkili standartlar va ayrı-seçkilikdən ən çox əziyyət çəkən xalqlardan biri Azərbaycan xalqı olub - Səbinə Əliyeva (FOTO)

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi dövlətlər tərəfindən sərgilənən irqçilik, dözümsüzlük, ikili standartlar və ayrı-seçkilik hallarının artması və beynəlxalq təşkilatların buna biganə münasibəti insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqdadır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün Ümumdünya insan hüquqları bəyannaməsinin 75-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.

"Dözümsüzlük, ikili standartlar va ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən xalqlardan biri də Azərbaycan xalqı olub.

Belə ki, BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən bir sıra qətnamə və qərarlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd- şərtsiz çıxarılmasının tələb edilməsinə baxmayaraq 30 ilə yaxın dövr ərzində həmin sənədlərin icrası sadəcə kağız üzərində qalıb.

Ermənistanın siyasi və hərbi rəhbərliyini təmsil edən şəxslər cəzasızlıq mühitindən ruhlanaraq, Azərbaycana münasibətdə tətbiq edilən ikili standartlardan öz çirkin və məkrli məqsədləri üçün istifadə edərək azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə, müharibə və terrorçuluq cinayətləri törədiblər.

Bu gün qürur hissi ilə qeyd edirik ki, məhz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü, məcburi köçkünlərin 30 ilə yaxın müddət arzində pozulmuş hüquqları bərpa edilib”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti