...

Ceyhun Bayramovla Belarusun yeni xarici işlər naziri arasında telefon danışığı olub

Siyasət Materials 15 Dekabr 2022 13:22 (UTC +04:00)
Ceyhun Bayramovla Belarusun yeni xarici işlər naziri arasında telefon danışığı olub

Bakı. Trend:

15 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik arasında telefon danışığı baş tutub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, C.Bayramov öncəliklə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı tərəflər Azərbaycanla Belarus arasında mövcud olan çoxölçülü münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

S.Aleynik Azərbaycanla Belarus arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb. Belarusun bölgəmizdə sülh və sabitliyə daim dəstək verdiyi bildirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib. C.Bayramov Belarus xarici işlər nazirini ölkəmizə səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti