Şuşa. Trend:
Erməni mediası azərbaycanlıların Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında artıq beşinci gündür ki, davam edən dinc aksiyası ilə bağlı saxta xəbərlər yaymaqdan əl çəkmir. Belə ki, Ermənistan teleqram kanallarında və bəzi KİV-də guya etirazçıların çadırları daşıyaraq aksiyanı dayandırmaları barədə xəbərlər yayılıb. Bəli, çadırlar, əslində, aparılır. Amma nə məqsədlə?
Trend-in Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, etirazçılar çadırları aparıb yeni, daha rahat çadırlar gətirirlər.
Hadisə yerindən ermənilərin növbəti yalanını ifşa edən kadrları təqdim edirik: