...

Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycana işgüzar səfəri - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 22 Dekabr 2022 00:48 (UTC +04:00)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.

Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Trend-in məlumatına görə Tofiq Abbasovun təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycana işgüzar səfəri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Cavid Vəliyev - BMTM-in şöbə müdiri, Elşən Məcidov - siyasi şərhçi, İlyas Hüseynov - siyasi şərhçi və Azər Badamov - Milli Məclisin deputatı, mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Xəbər lenti

Xəbər lenti