Bakı. Trend:
Nazirlərin “3+3” formatında görüşü hazırlanır.
Trend xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.
“Bu formatda görüş keçirildi, lakin gürcü həmkarlar orada iştirak etmədilər. Amma onların üzünə qapı həmişə açıqdır. Bu, formatın bütün digər iştirakçılarının ümumi fikridir. Bu gün biz nazirlər səviyyəsində görüş hazırlayırıq. Belə bir əlaqənin məqsədəuyğunluğu ilə bağlı ümumi təsəvvür var. Biz belə bir görüşün keçirilə biləcəyi tarixləri və konkret yerləri razılaşdırırıq”, - deyə Lavrov qeyd edib.