...

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü gündəmdən çıxarmırıq - Lavrov

Siyasət Materials 23 Dekabr 2022 16:12 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü gündəmdən çıxarmırıq.

Trend xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.

“Moskvada dostlarımızı qəbul etməyə hazır olduğumuzu təsdiq etdik. Sülh müqaviləsi mövzusu daimi diqqət tələb edir. Biz danışıqlar prosesinin inkişafına nə qədər tez töhfə versək, hazırda narahatlığa səbəb olan məsələlər bir o qədər tez həllini tapacaq”, - deyə Lavrov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti