...

Azərbaycanın İran və Rusiya üçün əhəmiyyəti artır

Siyasət Materials 4 Yanvar 2023 22:42 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qərbin sanksiyaları altında olan İran və Rusiya ikitərəfli əlaqələri gücləndirmək üçün əllərindən gələni edir və eyni zamanda Azərbaycanın bu prosesdə əvəzsiz rolunu etiraf edirlər.

İran və Rusiya yaxın tərəfdaşlıqlarını gizlətmirlər. Məsələn, bu yaxınlarda Rusiyanın bir sıra startap nümayəndələrinin İrana səfəri zamanı razılıq əldə olunub ki, Rusiya ilə əməkdaşlıq çərçivəsində yaxın vaxtlarda birgə beynəlxalq texnologiya və sahibkarlıq mərkəzi fəaliyyətə başlayacaq, İran isə buna hazır olduğunu bəyan edib.

İki ölkə işgüzar əməkdaşlıqdan əlavə, təbii ki, yükdaşımaların artırılması, həmçinin müdafiə sektorunda əməkdaşlığın gücləndirilməsi istiqamətində də çalışacaq. Bu yaxınlarda İran və Rusiya arasında Solyanka limanı üçün gəminin inşası ilə bağlı müqavilə imzalanıb.

Təbii ki, İran bunu inkar edir, lakin bu ölkənin öz pilotsuz təyyarələrini Rusiyaya verməsi artıq sirr deyil.

Göz qabağındadır ki, həm İran, həm də Rusiya əməkdaşlığı daha da gücləndirməyə çalışır.

Lakin ümumi sərhədin olmaması tərəfdaşları ya Xəzər dənizi, ya da Azərbaycan ərazisindən keçməklə əməkdaşlığa vadar edir. Ona görə də malların, xammalın və sözün əsl mənasında hər şeyin çatdırılması üçün ən çox üstünlük verilən marşrut Azərbaycandan keçə bilər.

Üstəlik, Azərbaycanın həm Rusiya, həm də İranın sərhədyanı rayonları ilə yaxşı qurulmuş iqtisadi əlaqələri var. Məsələn, İranla Azərbaycan arasındakı Astara sərhəd-keçid məntəqəsindən gündə təxminən 100-200 yük maşını keçir. Eyni zamanda, İran eyni keçid məntəqəsi vasitəsilə Azərbaycana ixracını davamlı olaraq artırır.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəviyə Azərbaycanla münasibətlərə daha çox diqqət yetirməyi, eləcə də mövcud ikitərəfli əlaqələri gücləndirməyi tapşırıb.

Digər tərəfdən, Azərbaycan təkcə sərhədyanı rayonlarla deyil, eyni zamanda Rusiyanın regionları ilə də fəal əlaqələr qurur ki, bu da rusiyalı sahibkarların Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə müntəzəm görüşlərini izah edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uzaqgörən strategiya, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr ölkənin tranzit qovşağı kimi əhəmiyyətinin daha da artmasına kömək edir. Azərbaycan faktiki olaraq öz ərazisindən ən sürətli və ucuz tranzitə zəmanət verir ki, bu da onu təkcə qonşu ölkələr üçün deyil, həm də daha geniş region üçün cəlbedici edir.

Təbii ki, Rusiya ilə İran arasında əməkdaşlığın inkişafından Azərbaycan da qazanacaq.

Həm İran, həm də Rusiya anlayır ki, Azərbaycansız regionda əsas oyunçu kimi mövqelərini qoruyub saxlamaq mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti