...

Türkiyə və Ermənistan nümayəndələrinin görüşü ya Türkiyə, ya da Ermənistanda olacaq

Siyasət Materials 13 Yanvar 2023 16:47 (UTC +04:00)
Türkiyə və Ermənistan nümayəndələrinin görüşü ya Türkiyə, ya da Ermənistanda olacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələrin görüşü ya Türkiyədə, ya da Ermənistanda olacaq.

Trend bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Qeyd edilib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr - Serdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüşün nə vaxt baş tutucağı hələ dəqiqləşməyib.

"Hələlik beşinci normallaşma danışıqlarının tarixi yoxdur, bunun keçirilməsi üçün müəyyən qarşılıqlı addımlar atılmalıdır. Növbəti danışıqlar isə ya Türkiyədə, ya da Ermənistanda olacaq", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti