...

Bu gün Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsinə baxılacaq

Siyasət Materials 25 Yanvar 2023 10:03 (UTC +04:00)
Bu gün Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsinə baxılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsi üzrə yekunlaşdırıcı müzakirələr keçirilib.

İcmadan Trend-ə verilən məlumata görə, 24 yanvar 2023-cü ildə İcmanın əsas orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələr zamanı Konsepsiyanın layihəsi müzakirə edilib, mətn üzrə bir sıra əlavə və dəyişikliklər edilib.

Katiblik heyətinə Konsepsiya layihəsi üzərində redaktə işlərini tamamlamaq tapşırılıb.

İcmanın İdarə Heyətinin 25 yanvar 2023-cü il tarixli iclasında Qayıdış Konsepsiyasının layihəsinə baxılacaq.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, layihənin hazırlanması prosesində geniş ictimaiyyətdən, xüsusilə beynəlxalq ümumi hüquq, humanitar hüquq, insan hüquqları, postmünaqişə dövründə reabilitasiya və reinteqrasiya, qaçqınların hüquqları kimi mövzularda ixtisaslaşmış mütəxəssislərdən xeyli sayda dəyərli təkliflər daxil olub. Daxil olmuş təkliflər təhlil edilib, əsas mövzular üzrə sistemləşdirilib və sənədin layihəsi hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti