...

Sahibkarların kreditlərinə subsidiya verilmə müddəti 2 il müddətinə artırıldı

Siyasət Materials 26 Yanvar 2023 15:24 (UTC +04:00)
Sahibkarların kreditlərinə subsidiya verilmə müddəti 2 il müddətinə artırıldı

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanının 6-cı hissəsində “2022-ci” sözləri “2024-cü” sözləri ilə əvəz edilir.

Bu Fərman 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti