...

Türkiyə parlamentinin sədri Azərbaycan səfirliyinə qarşı törədilən terror aktını kəskin şəkildə pisləyib

Siyasət Materials 27 Yanvar 2023 21:11 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən qanlı terror aktını kəskin şəkildə pisləyib.

Trend-in məlumatına görə, TBMM-nin sədri tvitter səhifəsindəki paylaşımında törədilən alçaq hücumu qətiyyətlə qınadığını bildirib. Qeyd edib ki, o, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefonda danışaraq səfirlik əməkdaşının şəhid olmasına görə üzüntünü keçirdiyini söyləyib, Azərbaycan xalqına başsağlığını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti