...

Milli Məclis bir neçə beynəlxalq sənədi təsdiq edib

Siyasət Materials 1 Fevral 2023 12:33 (UTC +04:00)
Milli Məclis bir neçə beynəlxalq sənədi təsdiq edib

Bakı. Trend:

Milli Məclis bir neçə beynəlxalq sənədi təsdiq edib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, “GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti