Bakı. Trend:
Almaniya Bundestaqının (parlamentinin) üzvü Harald Weyel ilə "Baku Network" aktual platformasında keçirilmiş növbəti müzakirə zamanı əsasən Almaniyanın daxili və xarici siyasəti, Almaniya gündəmində olan məsələlər geniş müzakirə edilib.
Trend-in məlumatına görə, burada xüsusilə Almaniyanın Avropa İttifaqındakı enerji təhlükəsizliyində Cənubi Qafqazla əməkdaşlıq məsələləri, Almaniyanın enerji təhlükəsizliyinin şaxələndirilməsi və "Şimal axını" boru kəmərinin partlamasından sonra yaranmış vəziyyət, Azərbaycanla Almaniya arasında müvafiq əməkdaşlıq məsələləri müzakirə edilib.
Eyni zamanda Almaniyanın dünya və Avropa İttifaqı çərçivəsində geosiyasi məsələlərdə rolu və Almaniyanın dünya siyaəsətinin müəyyənləşdirilməsində fəaliyyəti, addımları haqqında suallar da cavablandırılıb.