...

Prezident İlham Əliyev: Ermənistan nə istəyir, biz bunu başa düşə bilmirik

Siyasət Materials 18 Fevral 2023 21:17 (UTC +04:00)
Prezident İlham Əliyev: Ermənistan nə istəyir, biz bunu başa düşə bilmirik

Bakı. Trend:

Ermənistan nə istəyir, biz bunu başa düşə bilmirik.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra yerli kanallara açıqlamasında deyib.

Dövlət başçısı bildirib:

"Ermənistan nə istəyir? Biz bunu başa düşə bilmirik. Gah deyirlər ki, onlar Laçın-Xankəndi yolunda baş verən hadisələrə ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər, bu, onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası “Dağlıq Qarabağ problemi” ilə məşğul olmaq istəyirlər. Ona görə onlar özləri üçün bunu müəyyən etməlidirlər və düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, - əgər o mövqe varsa, - çatdırmalıdırlar",

Məqalədə:
Xəbər lenti

Xəbər lenti