...

Milli Məclisin sədri Sahibə Qafarova deputat Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib

Siyasət Materials 2 Aprel 2023 14:45 (UTC +04:00)
Milli Məclisin sədri Sahibə Qafarova deputat Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova yaşadığı evin qarşısında terror aktına məruz qalmış deputat Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, Fazil Mustafanın vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanan spikerə onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün lazımi tədbirlərin görülməsi barədə məlumat verilib.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq tapşırıqlarını verib və məsələ aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Spiker, həmçinin Prezident İlham Əliyevin Milli Məclisin deputatına qarşı törədilmiş bu xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verdiyini xatırladıb. Bir daha diqqətə çatdırıb ki, bu terroru törədənlər öz məqsədlərinə nail ola bilməyəcəklər.

Fazil Mustafa göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, dövlətçilik mövqeyinə bundan sonra da sadiq qalacağını, bu terror aktının onu çəkindirməyəcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti