...

“Anadolu Qartalı - 2023” beynəlxalq təliminin açılış mərasimi keçirilib (FOTO/VİDEO)

Siyasət Materials 27 Aprel 2023 16:42 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 27-də Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təliminin açılış mərasimi keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə iştirakçılara təlimin məqsədi və keçiriləcəyi ərazi barədə brifinqlər təqdim olunub. Sonra təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq fəaliyyətlərlə bağlı iştirakçılara xəritə üzərində məlumat verilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmiz Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri ilə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti