Bakı. Trend:
Fransanın Azərbaycandakı səfiri Ann Buayon ANAMA sədri Vüqar Süleymanovla görüşüb.
Trend-in məlumatına görə, bu barədə səfir tvitter hesabında qeyd edib.
"Fransa xarici işlər naziri Katrin Kolonna Bakıya səfəri zamanı Azərbaycanda humanitar minalardan təmizləməyə Fransanın yeni dəstəyini elan etdi. ANAMA-nın sədri Vüqar Süleymanova və onun komandasına əməkdaşlığımızın növbəti addımları ilə bağlı bu gün keçirdiyimiz konstruktiv müzakirəyə görə təşəkkür edirəm", - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna 26-27 aprel tarixində Azərbaycanda rəsmi səfərdə olub. Xarici işlər naziri Ceyhun Bayramov K.Kalonna ilə görüşdən sonra birgə mətbuat konfransında qeyd edib ki, üçtərəfli bəyanat imzalanandan sonra 294 Azərbaycan vətəndaşı mina qurbanı olub. Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Ermənistan tərəfi tələblərə əməl etməyib.