...

Ayxan Hacızadə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən danışıqlar barədə məlumat verib

Siyasət Materials 2 May 2023 17:13 (UTC +04:00)
Ayxan Hacızadə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən danışıqlar barədə məlumat verib

Bakı. Trend:

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ABŞ-da keçirilən danışıqlar bir neçə gün davam edəcək.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

"Danışıqların əsas mövzusunu sülh sazişi təşkil edir. Hazırda təfərrüatları açıqlaya bilmirik. Görüşlər bir neçə gün davam edəcək", - o deyib.

Qeyd edək ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xairic işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində iki ölkənin XİN rəhbərinin ikitərəfli görüşü keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti