...

Ulu öndər Heydər Əliyev beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmlənməsinə xüsusi diqqət yetirib - Nazir

Siyasət Materials 11 May 2023 14:46 (UTC +04:00)
Ulu öndər Heydər Əliyev beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmlənməsinə xüsusi diqqət yetirib - Nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri olub.

Trend cümə axşamı xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda BMT-nin İnkişaf Təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu" mövzusunda tədbirdə deyib.

"Ölkənin 1992-ci ildən bəri üzvü olduğu BMT ilə əməkdaşlığın inkişafında həmçinin ümummilli liderin BMT Baş Assambleyasındakı çıxışları böyük rol oynayıb. Heydər Əliyev öz çıxışlarında Azərbaycanın siyasi-iqtisadi vəziyyətindən və dünya birliyinə münasibətdə siyasət prinsiplərindən danışıb, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə geniş məlumat verərək Azərbaycanın düşdüyü ağır vəziyyəti BMT-nin üzv dövlətlərinin diqqətinə çatdırıb. Heydər Əliyevin iştirakı ilə Azərbaycan Respublikası BMT-nin əksər üzv-ölkələri ilə birlikdə 2000-ci il sentyabr ayında Nyu-York şəhərində keçirilən “Minilliyin Sammiti”ndə 2015-ci ilədək olan dövrdə dünyada insanların yaşayışında əhəmiyyətli müsbət dəyişikliklər yaratmaq üçün ümumi çərçivəni müəyyən edən Minilliyin Bəyannaməsini qəbul edib.

İqtisadiyyat naziri bəyannamədə səkkiz inkişaf məqsədinin əks olunduğunu qeyd edib. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” (YAİİDP), “2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” (YADİDP) və bölgələrin sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı həyata keçirilib. Nəticədə Azərbaycan minilliyin bir çox inkişaf məqsədinin əldə edilməsində, xüsusən yoxsulluğun azaldılması, təhsil səviyyəsinin artırılması, gender bərabərliyi və ətraf mühitin mühafizəsi sahəsində vəziyyətin yaxşılaşdırılması, uşaq və ana ölümünün azalması, təhlükəli yoluxucu və digər xəstəliklərlə mübarizənin gücləndirilməsi və tərəqqi naminə qlobal tərəfdaşlıqda iştirakın genişləndirilməsi üzrə mühüm uğurlar əldə edib.

M.Cabbarov Azərbaycanın Minilliyin İnkişaf Məqsədləri (MİM) çərçivəsində üzərinə yoxsulluğu yarıyadək azaltmaq öhdəliyi götürmüş 128 ölkə arasında bu öhdəliyi yerinə yetirmiş 18 ölkədən biri, dünyada isə yoxsulluğun səviyyəsini 5 faizdən aşağıya salmağa nail olmuş 29 ölkədən biri olduğunu vurğulayıb.

"Ölkəmiz 2010-cu ildə "orta insan inkişafı” statusuna malik ölkələr qrupundan çıxaraq "yüksək insan inkişafı” kateqoriyasına daxil olub. Xüsusən BMT ilə bu istiqamətdə həyata keçirilən layihələrin rolunu qeyd etmək istərdim", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti