...

Azərbaycan ilə Ermənistan arasında birbaşa danışıqlar böyük əhəmiyyət kəsb edir – ABŞ Dövlət Departamenti

Siyasət Materials 18 May 2023 22:44 (UTC +04:00)
Azərbaycan ilə Ermənistan arasında birbaşa danışıqlar böyük əhəmiyyət kəsb edir – ABŞ Dövlət Departamenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar böyük əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə deyib.

"ABŞ davamlı sülhü təmin etmək üçün çalışdıqları iki ölkəyə hərtərəfli dəstək verməyə davam edir. Biz tərəflərin bu müzakirələri davam etdirmək niyyətində olduqları barədə xəbərləri alqışlayırıq və iki ölkə arasında sülhün mümkün olduğuna inamımızı bir daha təsdiq edirik. Birbaşa dialoq problemin həllinin açarıdır. Biz hesab edirik ki, tərəflər arasında birbaşa danışıqlar böyük əhəmiyyət kəsb edir. İstər Arlinqtonda, istər Brüsseldə, istərsə də Moskvada bu səylərə dəstəyimiz davam edəcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti