...

Azərbaycan və Ermənistan arasında sülh təmin olunmalıdır - Amerika Xarici Siyasəti üzrə Milli Komitə

Siyasət Materials 7 İyun 2023 10:08 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında sülh təmin olunmalıdır - Amerika Xarici Siyasəti üzrə Milli Komitə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycan və Ermənistan xalqları arasında sülh təmin olunmalıdır

Trend-in məlumatına görə, bu barədə Amerika Xarici Siyasəti üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Suzan Eliot Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda bugünkü beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, müharibədən sonra Azərbaycan Qarabağda bir çox infrastruktur layihələri başa çatdırıb.

“Burada iqtisadiyyat, həyat sürətlə dirçəlir və insanlar öz doğma torpaqlarına qayıdır. Digər önəmli bir məsələ isə Azərbaycan və Ermənistan arasında sülh prosesidir. Azərbaycan və Ermənistan xalqları arasında sülh təmin olunmalıdır. Biz bu prosesə dəstək olmağa davam edəcəyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda tədbir keçirilir.

Tədbirdə 30-a qədər sabiq dövlət və hökumət başçısı iştirak edir.

Beynəlxalq tədbir çərçivəsində keçirələcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.

İki gün davam edəcək tədbirin ilk günü Şuşada, növbəti günü Gəncədə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti