...

Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etməlidir - Monteneqronun sabiq prezidenti

Siyasət Materials 7 İyun 2023 14:42 (UTC +04:00)
Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etməlidir - Monteneqronun sabiq prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

Ermənistan Qarabağın Azərbaycanın olduğunu qəbul etməlidir.

Trend-in məlumatına görə, bu barədə bu gün Monteneqronun sabiq prezidenti Filip Vuyanoviç Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“İki ölkə arasında sülh tezliklə bərpa olunmalıdır. Beynəlxalq ictimaiyyət də buna dəstək göstərməlidir. Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalıdır. Bu, beynəlxalq hüquqa da hörmət deməkdir. Həmçinin davamlı sülhə nail olmağın bir yoludur”,- deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda tədbir keçirilir.

Tədbirdə müxtəlif ölkələrdən 30-dan çox rəsmi qonaq, eləcə də sabiq dövlət və hökumət başçıları iştirak edir.

Beynəlxalq tədbir çərçivəsində keçirələcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.

İki gün davam edəcək tədbirin ilk günü Şuşada, növbəti günü Gəncədə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti