...

Sloveniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 7 İyun 2023 19:26 (UTC +04:00)
Sloveniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirç Musar Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, ölkənizin və xalqınızın inkişafı, rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.

Ölkələrimiz arasındakı dostluq münasibətlərini məmnuniyyətlə qeyd edirəm. Sloveniya-Azərbaycan tərəfdaşlığı qarşılıqlı fayda əsasında əhəmiyyətli dərəcədə möhkəmlənib.

Sloveniya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülhün, sabitliyin və xalqların birgəyaşayışının möhkəmlənməsi istiqamətində səylərini daha da artıracaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti