...

Prezident İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib

Siyasət Materials 10 İyun 2023 11:11 (UTC +04:00)
Prezident İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Portuqaliya Prezidenti Marselu Rebelu de Souzaya təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim firavanlıq və rifah arzulayıram.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti