...

Kolumbiya telekanalında Vətən müharibəsi nəticəsində yaranmış yeni reallıqları əks etdirən süjet nümayiş olunub

Siyasət Materials 27 İyun 2023 14:05 (UTC +04:00)
Kolumbiya telekanalında Vətən müharibəsi nəticəsində yaranmış yeni reallıqları əks etdirən süjet nümayiş olunub

Bakı. Trend:

Kolumbiyanın aparıcı televiziya kanalı olan və bütün Amerika qitəsində yayımlanan NTN24 kanalı 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış yeni reallıqlar haqqında süjet nümayiş etdirib.

Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, süjetdə 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ordusunun 30 illik erməni işğalına son qoyaraq dövlətimizin ərazi bütövlüyün bərpa etməsindən bəhs olunub. Həmin ilin noyabr ayında Rusiyanın vasitəçiliyi ilə atəşkəs barədə üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanla sərhəddə təxribatlar törətməyə davam etdiyi qeyd olunur və davam edən sülh danışıqları barədə məlumat verilir.

Bundan başqa, süjetdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçın şəhərinə qayıdan vətəndaşlarla görüşündəki çıxışından sitatlar əks olunub. Azərbaycanın danışıqlar masası arxasında və sərhəddə güclü mövqeyə malik olduğu və Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü tanındıqdan sonra sülh sazişi üçün ciddi maneələrin qalmadığı vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti