Bakı. Trend:
Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında sabah növbəti görüş keçiriləcək. Artıq Prezident İlham Əliyev Avropanın siyasət paytaxtındadır.
Rəsmi Bakının Brüssel formatında 6-cı görüşə hansı gündəliklə yolandığı da gün kimi aydındır. Azərbaycanın nə mövqeyi, nə də şərtləri dəyişməz olaraq qalır. Maraqlısı orasındadır ki, Bakının sülh paketi ilə istər Vaşinqton, istər Moskva, istərsə də Brüssel artıq çoxdandır tanışdır və bu hər üç formatda Azərbaycanın şərtləri məqbul hesab edilib.
Bu məsələdə mövqeyi və istəkləri tez-tez dəyişən Ermənistan tərəfidir. Hər dəfəsində yeni bir əmma çıxartmağa çalışan Ermənistanın bu dəfə Azərbaycana qarşı hansı məsələlərlə gələcəyi demək olar ki, hər kəsə bəllidir:
- Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunmasına çalışmaq
- 1975-ci ilin xəritələrini qeyd edərək bu istəyini sülh razılaşmasında rəsmiləşdirmək
Azərbaycan ən başdan sülh prosesinə sadiq olduğu qədər mövqeyinin dəyişməz olduğunu da müxtəlif platformalardan bəyan edir. Ermənistanın bu mövzularda boşuna xəyallar quraraq sülh danışılqarını dalana dirəmək üçün əsassız səbəbllərlə, bəhanələrlə vəziyyəti gərginləşdirməyə hesablanmış bu cür "versiyalardan" istifadə istəyi doğulmadan boğulacaq. Çünkü rəsmi Bakı qalib tərəf kimi beynəlxalq hüququn tələblərinə uyğun şəkildə öz təkliflərini artıq çoxdan sülh danışılqaırnın moderatorlarına rəsmi şəkildə qəbul etdirib.
Onu da qeyd etmək yerinə düşər ki, Ermənistan tərəfi sülh sənədinə imza atmaq fikrindən çox uzaqdır. Bunu son günlər ard-arda mütəmadi olaraq mövqelərimizin davamlı olaraq atəşə məruz qalması faktı ilə yanaşı, eyni zamanda Ermənistan rəsmilərinin Qarabağda humanitar problemlə bağlı həqiqətə uyğun olmayan, əsassız açıqlamaları, reallıqdan uzaq kadrları ictimailəşdirmək cəhdlərindən də aydın görümək mümkündür. Bu cür təxribatlar, gərginlik yaratmaq cəhdləri xüsusilə də iyulun 15-də planlaşdırılan Brüsseldə dövlət başçıları arasındakı görüş ərəfəsində bir xeyli artdı.
Hətta Ermənistan XİN rəhbəri həyasızlıqla Azərbaycanı yenidən beynəlxalq ictimaiyyət qarşısında hədəf taxtası etməyə cəhd göstərdi. Vəziyyət o həddə çatdı ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın “blokadası” nəticəsində öldüyü iddia edilən erməni uşaqlarla bağlı təxribat xarakterli paylaşıma cavab yazdı.
"Yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə iki azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən öldüyünü təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil", - Hikmət Hacıyev vurğulayıb. H.Hacıyev qeyd edib ki, Laçın sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərir və ümumiyyətlə bunun bu hadisə ilə heç bir əlaqəsi yoxdur.
Ermənistan xarici işlər naziri, yəqin ki, Laçın sərhəd-buraxılış məntəqəsini qeyd etməklə, guya Qarabağda ərzaq qıtlığı varmış kimi yanıltmağa çalışdı. Bu hadisədən bir gün sonra - bu gün Xankəndidə erməni separatçılarının “ciddi təlaşı” ilə aksiya başlanılması və guya 30 min uşaq da daxil olmaqla, 120 min erməni icması təhlükə altındadır, qısa müddətdə bütün qida ehtiyatı tükənəcək, mağazalar boşalıb, insanlar aclıqla üz-üzə qalıb və s. görüntüsü yaratmaq niyyətləri düşünməyə ciddi əsas yaradır ki, Ermənistan rəhbərliyi Qarabağdakı separatçılardan əlini götürmək niyyətində deyil, bölgədə vəziyyətin gərginləşməsi planının arxasında rəsmi İrəvan da mütləq şəkildə yerini dəyişməz olaraq saxlayır.
Bütün bunlara görə də Ermənistanın havadarlarının, hamilərinin, "qoçularının" göstərişi ilə destruktiv mövqeyi fonunda Brüsseldəki 6-cı raunddan da ciddi irəliləyiş gözləmək sadəlöhvlük olar. Bu məqamda Prezident İlham əliyevin son dönəmlərin ən populyar çıxışını xatrlatmaq yerinə düşər: Ermənistana sülh lazım deyilsə, bizə də lazım deyil!
Böyük ehtimalla sülh müqaviləsi kimi kağız üzərində təsbit oluna və üstəlik, imzalana biləcək konkret nəticəsi olmayan növbəti görüş kimi yadda qalacaq. Əslində Bakı ilə İrəvan arasında birbaşa təasların gerçəklə.diyi tək-tük formatlardan biri kimi Brüssel görüşünü uğurlu adlandıra bilərik. Çünkü bu cür görüşlər tədricən, addım-addım mövqeləri yaxınlaşdırmağa, hələ də həllini tapmayan məsələləri müzakirə etməyə, yanaşmalar tapmağa kömək edir. Bu nöqteyi nəzərdən növbəti Brüssel görüşünü sülhə doğru növbəti addım kimi səciyyəndirə bilərik. Amma dünya, beynəlxalq təsisatlar bilməlidirlər ki, Ermənistanın süh danışılqaır üçün okeanın o tayına, yaxud Avropanın mərkəzinə gəlməsi heç də sülh istəyindən irəli gəlmir:
- Sülh istəyən yenidən Kəlbəcər və Laçında, eləcə də Sədərək istiqamətində Azərbaycanın yaşayış mənətəqələrini hədəf seçməz
- Sülh istəyən Qarabağdakı separatçılara yenidən milyonlarla dollar yardım ayırmaq barədə qərar çıxarmaz
- Sülh istəyən silhalanmaq və separatçıları silahlandırmaq üçün gecə-gündüz dəridən-qabıqdan çıxmaz
Ermənistan tərəfi bu günki geosiyasi reallığı qəbul etməsə itirəcəyi çox şey olacaq. İrəvan anlamalıdır ki, indi heç bir dövlət, eləcə də beynəlxalq təşkilat Qarabağ ermənilərinə görə Azərbaycana təzyiq etmir və etmək fikrindən uzaqdır. Əgər separatçılar Rusiyanın Laçın yolunda Azərbaycanın sərhəd keçid məntəqisini qurmağının qarşısını alacağına ümid edirdisə, zaman göstərdi ki, boşuna ümid edirlər. Bu cür faktlar əslində Ermənistana və qondarma rejim qalıqlarına dərs çıxarmaq, qərara gəlmək nəzərdən əla fürsətdir. Onlar anlamalıdırlar ki, uzun illər hamiləri olan Rusiya bu gün Azərbaycanla artıq bir çox məsələlərdə razılaşmaq məcburiyyətindədirsə, Ermənistan rəsmi Bakının qarşısında nə çarə?!
Əgər Ermənistan və onların havadarları düşünürsə ki, separatçılar sona qədər dirənəcəyi təqdirdə nəyəsə ümid etmək olar, bu, onların növbəti yanlışı olacaq, yanılırlar. Çünkü bu dirəniş onların sosial problemlərini daha da dərinləşdirəcək, Ermənistanın isə Azərbaycanın daha ağır şərtlərini qəbul etməsi ilə nəticələnə bilər. Yaxşı olar ki, Ermənistan manipulyasiyalardan, sülhü sabotaj edən qərarlardan, eskalasiyanı yaxınlaşdıran addımlardan imtina edib, Bakı ilə ən qısa zamanda sülh masasına otursun. Çünkü bir də o imkan Ermənistanın əlinə düşməyə bilər.