...

Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfərə yola düşüb

Siyasət Materials 5 Sentyabr 2023 17:19 (UTC +04:00)
Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfərə yola düşüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

5 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində, nazir Ceyhun Bayramov ilə Xorvatiya xarici və Avropa işləri naziri Qordan Qrliç Radman və Xorvatiyanın digər yüksək vəzifəli rəsmi şəxsləri arasında görüşlərin keçirilməsi nəzərdə tutulur.

Səfər zamanı, həmçinin nazir Ceyhun Bayramovun Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş dəyirmi masa müzakirələrində iştirak və çıxışı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti