...

Qərbi Azərbaycan İcması ABŞ Konqresinin Tom Lantos Komissiyasının ölkəmizə qarşı səsləndirdiyi ittihamlara cavab verdi

Siyasət Materials 7 Sentyabr 2023 12:11 (UTC +04:00)
Qərbi Azərbaycan İcması ABŞ Konqresinin Tom Lantos Komissiyasının ölkəmizə qarşı səsləndirdiyi ittihamlara cavab verdi

Bakı. Trend:

Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycan əleyhinə dinləmələr təşkil olunub və hazırda bəzi Qərb ölkələrində tüğyan edən azərbaycanofobiya yarışında xüsusi canfəşanlıq göstərən Luis Okampo tərəfindən ölkəmizə qarşı bir sıra hədyanlar səsləndirilib. Bu, bir daha Tom Lantos Komissiyasının riyakarlığını, insan hüquqları mövzusunu istismar edərək onu siyasiləşdirməsini və bir sıra dairələr tərəfindən Azərbaycana qarşı aparılan düşmənçilik kampaniyasında yer almasını göstərir.

Trend xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının açıqlamasında yer alıb.

“Tom Lantos Komissiyasını başqa ölkələrin daxili işlərinə kobud müdaxilə etməməyə, diqqəti öz ölkələrinə verməyə, məsələn, köklü amerikalıların hüquqlarının qorunması, polisin həddindən artıq güc tətbiq etməsi, Luis Okampoya qoşularaq Azərbaycana qarşı gülünc ittihamlar səsləndirən Xuan Mendesi vaxtilə BMT-nin işgəncələrə qarşı xüsusi məruzəçisi olarkən onun çoxsaylı müraciətlərinə baxmayaraq, nəyə görə Quantanamo həbsxanasına buraxılmaması kimi məsələləri müzakirə etməyə çağırırıq.

Qərbi Azərbaycan İcması hesab edir ki, bu dinləmələr bölgədə gərginliyi qəsdən artıran Ermənistanı, revanşist qüvvələri daha da ruhlandırır. O Ermənistanı ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən boyun qaçırdıqdan və nəhayət, Azərbaycan tərəfindən döyüş meydanında məğlub edildikdən sonra indi Tom Lantos Komissiyasının 5-10 nəfərin iştirakı ilə təşkil etdiyi dinləmələrdən, amerikan rep ifaçısı Snop Doqun, işi-gücü ancaq Azərbaycana və Türkiyəyə qarşı çirkin kampaniya aparmaq olan rasist zehniyyətli “müstəqil” jurnalist Lindsey Snell kimilərinin tvitlərindən mədət umur.

Tom Lantos Komissiyasını heç vaxt Ermənistan işğalının ağır fəsadları, etnik təmizləmə, Azərbaycan xalqının iztirabları, o cümlədən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların taleyi maraqlandırmayıb. Əgər bu Komissiya qərəzsiz olsaydı və məsələlərə dini təəssübkeşlik prizmasından yanaşmasaydı, onda belə dinləmələri qərbi azərbaycanlıların Ermənistana - öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı təşkil etməli idi”, - açıqlamada deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti