Bakı. Trend:
Ermənistan və onun xarici havadarları vəziyyəti gərginləşdirmək üçün bütün yollara əl atır.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "seçkiləri" də bu istiqamətdə atılmış növbəti addımdır.
Deputat bildirib ki, bu “seçkilər” bölgədə yeni eskalasiya riski yaratmaq cəhdindən başqa bir şey deyil.
“Bununla paralel olaraq Ermənistan şərti sərhədlərimizin müxtəlif istiqamətlərində təxribatlar törətməsi, canlı qüvvə və hərbi texnika topladığını əks etdirən faktların artması rəsmi İrəvanın havadarlarının hərbi və siyasi dəstəyi ilə Azərbaycana qarşı növbəti irimiqyaslı təxribat hazırlığından xəbər verir.
Təbii ki, bu addımlar cavabsız qala bilməz. Azərbaycan Ordusunun cavabı isə Ermənistan üçün ölümcül ola bilər. Ona görə də regionu yeni müharibəyə sürükləyən Ermənistan və onun xarici havadarları yaxşı-yaxşı düşünməlidirlər”, - deyə deputat əlavə edib.