...

Prezident İlham Əliyevin sayəsində səhiyyəni Qoşulmama Hərəkatının gündəliyində prioritet məsələlər səviyyəsinə qaldırmaq mümkün olub - ÜST-ın regional direktoru (ÖZƏL)

Siyasət Materials 14 Sentyabr 2023 12:42 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Düşənbə. Trend:

Prezident İlham Əliyev sayəsində səhiyyəni Qoşulmama Hərəkatının (QH) siyasi gündəliyində prioritet məsələlər səviyyəsinə qaldırmaq mümkün olub.

Bu barədə cümə axşamı Trend-ə özəl müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge Tacikistanın Düşənbə şəhərində keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət görüşünün kuluarlarında deyib.

"Sonuncu dəfə Azərbaycanda olanda Prezident İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Biz bir çox məsələləri müzakirə etdik. Prezident İlham Əliyevi Qoşulmama Hərəkatında (QH) liderliyinə görə təbrik etmək istərdim. Prezident İlham Əliyev sayəsində səhiyyəni QH-nin siyasi gündəliyində əsas prioritet səviyyəsinə qaldırmağa nail olduq. Bu əlbəttə, çox vacibdir, çünki COVID-19 pandemiyası dövründə əmin olduq ki, səhiyyəsiz heç nə olmaz. QH-nin bir çox ölkəsinin vaksinlərə çıxış imkanı olmayanda Azərbaycan onlarla böyük həmrəylik nümayiş etdirdi", - o deyib.

Kluge qeyd edib ki, əslində bir çox ölkələr həmrəylikdən danışır, lakin heç də çoxu bunu əməldə göstərmir.

"Azərbaycan isə həmrəylikdən danışdı və bunu əməldə göstərdi. Azərbaycan mənə qəlbən çox yaxındır. Mən bu ölkəyə bu yaxında səfər etdim. Bizim əməkdaşlığımız ilk növbədə, mənim çox yaxşı dostum olan səhiyyə naziri Teymur Musayevlə çoxdan davam edir", - ÜST-ın regional direktoru deyib.

Kluge qeyd edib ki, ölkələrin diqqətlə müzakirə etdikləri bir nömrəli məsələ tibb işçilərinin təhsilidir.

"Müzakirə olunan ikinci məsələ isə, ilkin tibbi-sanitar yardımın təkmilləşdirilməsidir. Biz bir çox xəstəlikləri ilkin tibbi-sanitar yardımla daha ucuz qiymətə və səmərəli şəkildə müalicə edə bilərik. Həkimlərin, tibb bacılarının peşəkarlığı məni mütəəssir etdi. Ölkənizin bütün tibb işçilərinə və tibb bacılarına böyük minnətdarlıq bildirmək istəyirəm. Üçüncü məsələ xəstəxanaların gələcəyinin təmin olunması üzrə səylərdir. Bu yaxında Azərbaycanda xəstəxanaların gələcəyi məsələləri üzrə müşavirə keçirilib. İlkin tibbi-sanitar yardım çox vacibdir, lakin biz rəqəmsallaşma, xəstəxanaların fəaliyyətinin "yaşıl" gündəliyə uyğun olaraq təşkili barədə də düşünməliyik", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti