...

Milli Qəhrəman Riyad Əhmədovun məzarının yeri müəyyənləşib (FOTO)

Siyasət Materials 18 Sentyabr 2023 11:29 (UTC +04:00)
Milli Qəhrəman Riyad Əhmədovun məzarının yeri müəyyənləşib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtkin düşmüş sayılan Milli Qəhrəman Riyad Əhmədovun məzarının yeri müəyyənləşib.

Trend xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyev bu gün keçirilən beynəlxalq konfransda bildirib.

DTX rəisi onu da qeyd edib ki, bu konfrans ərəfəsində 9 nəfəri hərbçi, 1 nəfəri mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub.

Qeyd edək ki, uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışan, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunan müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-sında rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti