...

Prezident İlham Əliyevə birmənalı şəkildə inanıram, o sözünün ağasıdır - Artur Ağacanov "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)

Siyasət Materials 22 Sentyabr 2023 17:50 (UTC +04:00)
Prezident İlham Əliyevə birmənalı şəkildə inanıram, o sözünün ağasıdır - Artur Ağacanov "Tofiq Abbasovla dialoq" verilişində (FOTO/VİDEO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.

Trend cümə günü xəbər verir ki, verilişin qonağı Azərbaycanın Xocavənd rayonunda doğulub böyümüş etnik erməni Artur Ağacanov olub.

Azərbaycanın Qarabağda keçirdiyi son antiterror tədbirlərindən danışan Ağacanov bunun zəruri tədbir olduğunu qeyd edib.

"Bilirəm ki, Qarabağda heç də bütün ermənilər separatçı rejimi qəbul etmirdi. Separatçılar daima kimlərəsə arxalanırdı. Azərbaycan Qarabağın erməni sakinləri üçün ilk dəfə ərzaq yükü göndərəndə bunu qəbul etmək və razılaşmaq lazım idi. Onlar nəyə ümid edirdi? Bu bir növ tragikomediyadır. Bu separatçıların məntiqi və müdrikliyi çatışmır. Qarabağın erməni sakinləri isə bu vəziyyətin əsirləridir", - o deyib.

Artur Ağacanovun fikrincə reinteqrasiya nə qədər sürətlə baş verərsə, bir o qədər yaxşıdır.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə birmənalı şəkildə inanıram, o sözünün ağasıdır. İnanıram ki, Qarabağın erməni sakinlərinin reinteqrasiyası başlayacaq və ən əsası, Azərbaycan Prezidentinə güvənirəm. Geri dönərək Qarabağda yaşamaq və faydalı olmaq istərdim", - deyə o, əlavə edib.

Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti