...

Bir sıra rayon xəstəxanaları Xankəndidən xəstə qəbulu üçün tibbi heyətlə gücləndirilib

Siyasət Materials 26 Sentyabr 2023 12:11 (UTC +04:00)
Bir sıra rayon xəstəxanaları Xankəndidən xəstə qəbulu üçün tibbi heyətlə gücləndirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar Xankəndidən xeyli sayda xəstənin qəbul edilməsi üçün əlavə tibbi heyətlə gücləndirilib.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tvitter) sosial şəbəkə hesabında paylaşımında qeyd edib.

"Biz yerdəki humanitar ehtiyacların ödənilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə, həmçinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə müntəzəm əlaqədəyik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, ötən gün axşam radələrində Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub. Nəticədə təxminən 200-ə yaxın şəxs xəsarət alıb. Yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti