...

Henrix Mıxıtıryanın növbəti erməni soyqırımı uydurmaları

Siyasət Materials 29 Sentyabr 2023 11:49 (UTC +04:00)
Henrix Mıxıtıryanın növbəti erməni soyqırımı uydurmaları

Bakı. Trend:

Ermənistanın futbol üzrə yığma komandasının keçmiş kapitanı, xaricdə yaşayan erməni əsilli Avropanın aparıcı klubunda futbol oynamasından istifadə edən və heç bir siyasi bazası olmayan Henrix Mıxıtıryan Amerikanın CNN telekanalına ermənilərin guya soyqırımına məruz qalması barədə çağrışının dərc olunmasına görə minnətdarlığını bildirib.

Əvvəllər ermənilərin və ermənipərəst qüvvələrin bu cür yalanlarına hardasa inananlar var idi. Artıq dünya dövlətləri ermənilərin yalançı və qərəzli çıxışlarına inanmır. Bütün dünya həqiqətlərə yaxından bələd olub və azərbaycanlılara qarşı əsl soyqırımı keçən əsrin əvvəllərindən başlayaraq erməni millətçiləri tərəfindən cənubi Qafqazda Azərbaycan türklərinin yaşadıqları bütün bölgələrdə aparılıb, Ermənistan ərazisindən azərbaycanlıların son nəfərinə qədər qovulması, Azərbaycanın 7 rayonunun işğal edilməsi və Xocalı soyqırımı ilə davam etmişdir. Son olaraq soyqırımının bariz nümunəsi Xocalıda ermənilərin törədmiş olduğu fakt dünya ölkələri üçün sübutdur. Otuz il ərzində Azərbaycanın tarixi torpaqlarında məskunlaşan ermənilərin bəziləri reallıqla razılaşmasalarda ancaq mövcud vəziyyəti bir mənalı olaraq qəbul etməlidirlər.

27 sentyabr 2020 –ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi, 19 sentyabrda bir günlük davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Qondarma “Artçax” Respublikası deyilən qurum özünü buraxdı. Erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə, soyqırımı siyasətinə baxmayaraq, azərbaycan hakimiyyəti Azərbaycan ərazisində yaşayan ermənilərə sərbəst seçim etmək üçün şərait yaratmışdır. Azərbaycan qanunlarına tabe olan, Azərbaycan vətəndaşlığını qəbul edənlər digər Azərbaycan vətəndaşları kimi Azərbaycan konstitusiyasında nəzərdə tutulan bütün hüquqlardan istifadə edərək yaşaya bilərlər. Bütün dünya Ermənistan hakimiyyətinin vaxtı ilə azərbaycanlılara qarşı apardığı təcavüzkar, etnik təmizləmə siyasətinə rəğmən Azərbaycan hakimiyyətinin apardığı humanist siyasətin şahidi olurlar. Henrix Mıxıtıryan və onun kimi düşünənlər bilmədirlər ki, artıq ötən əsrin 80-90-cı illərində olan Azərbaycan yoxdur. İndi hərtərəfli inkişaf etmiş, beynəlxalq nüfuza malik, güclü və qüdrətli ordusu olan müasir Azərbaycan dövləti var.

Milli Məclisin deputatı,
AFFA-nın Vitse-Prezidenti
Rauf Əliyev

Xəbər lenti

Xəbər lenti