...

Erməni terrorçuları Azərbaycan məhkəmələri qarşısında cavab verəcək və layiqli cəza alacaq - Deputat

Siyasət Materials 29 Sentyabr 2023 16:38 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Əli günahsız azərbaycanlıların qanına batmış erməni terrorçuların bir-bir tutularaq Bakıya gətirilməsi Prezident İlham Əliyevin apardığı prinsipal, qətiyyətli və düşünülmüş siyasətin nəticəsidir. İndi o cinayətkarlar Azərbaycan xalqına qarşı törətdikləri ağır cinayətlərə görə Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklər və layiqli cəzalarını alacaqlar.

bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, həmin cinayətkarlar havadarlarına arxalanaraq həmişəlik Xankəndidə qalacaqlarını və heç zaman törətdikləri cinayətlərinə görə cavab verməyəcklərini zənn edirdilər.

“Düşünürdülər ki, bunlar bu cinayətləri törədərək heç nə olmamış kimi Azərbaycan ərazisində qalaraq qanunsuz əməllərini davam etdirəcəklər və heç kim onları məsuliyyətə cəlb etməyəcək. Lakin ölkəmizin zamanında həyata keçirtdiyi ugurlu antiterror tədbirləri həmin terrorçuların Azərbaycan ərazilərini tərk etməyə macal vermədi. İndi terrorçular bir bir tutularaq Bakıya gətirilir və heç kim onların köməyinə çata bilmir. Arxalandıqları havadarları isə səslərini çıxarmağa belə cürət etmir. Məlum olduğu kimi bəzi terroçular isə hər yerdən əlləri üzüldükləri üçün könüllü şəkildə Azərbaycana təslim olacaqlarını bəyan ediblər”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan dəfələrlə qanunsuz erməni silahlı birləşmələrinin ərazilərimidən çıxarılmasını tələb etsə də Ermənistan tərəfi bunun əksinə addım atdı, qanunsuz silahlı qüvvələrə əlavə silahlar göndərdi, ölkəmizə, mülki əhalimizə qarşı silahlı təxribatlar törədildi, mülki insanlarımz və hərbçilərimiz qətlə yetirildi.

“Ermənistan Azərbaycanın sülh çağırışlarına silahla cavab verdi. Azərbaycan uzun müddət qanunsuz erməni silahlı birləşmələrinin, separatçıların ərazilərimizdə təxribatlar törətməsinə imkan verə bilməzdi. Azərbaycan yenə də məsələni özü həll etdi, dəmir yumruq yenidən ermənilərə öz yerini göstərdi. Azərbaycan süveren ərazilərində nəzarəti tam bərpa etdi bu isə ölkəmizin hər bir güşəsində şanlı üçrəngli bayrağımız dalğalanmasına şərait yaratdı ”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti