...

Türkiyə və Azərbaycan müxtəlif çağırışlara qarşı birgə fəaliyyət göstərir - Enes Eminoğlu

Siyasət Materials 2 Oktyabr 2023 10:46 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə və Azərbaycan müxtəlif çağırışlara qarşı birgə fəaliyyət göstərir.

Trend xəbər verir ki, bu barədə Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu “Ümumdünya Məskunlaşma Günü” ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

“ Biz yalnızca şəhərlərin yox, insanların da inkişafına diqqət yönəltmişik. Türkiyə hər zaman Azərbaycanla əməkdaşlıq edib. İnanırıq ki, biz birlikdə şəhərsalma sahəsində səylərimizi birləşdirərək, məqsədlərimizə nail olacağıq. Türkiyədə baş verən zəlzələ zamanı Azərbaycanın bizə dəstəyini heç bir zaman unutmayacağıq”, - deyə o bildirib.

Xatırladaq ki, bu gün “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumu keçirilir.

Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan və xarici dövlətlərdən olan digər nümayəndə heyəti, dövlət rəsmiləri və media mənsubları iştirak edir.

Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etmək olub.

Dünyaca məşhur nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparırlar.

Xəbər lenti

Xəbər lenti