...

Azərbaycan səfiri etimadnaməsinin surətini Türkmənistanın XİN başçısına təqdim edib (FOTO)

Siyasət Materials 2 Oktyabr 2023 17:16 (UTC +04:00)
Azərbaycan səfiri etimadnaməsinin surətini Türkmənistanın XİN başçısına təqdim edib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Türkmənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov etimadnaməsinin surətini Türkmənistan Nazirlər Kabinetinin sədr müavini- xarici işlər naziri Rəşid Meredova təqdim edib.

Azərbaycanın Türkmənistandakı səfirliyindən Trend-ə verilən xəbərə görə, görüş zamanı Rəşid Meredov yeni təyinatı ilə bağlı səfiri təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan və Türkmənistan arasında mövcud olan strateji münasibətlərdən danışaraq bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini vurğulayıb və yeni səfirin fəaliyyəti dövründə bu istiqamətdə uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Səfir Qismət Gözəlov ikitərəfli münasibətlərin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün sahələr üzrə strateji tərəfdaşlığımızın ruhuna uyğun olaraq əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd edib.

Tərəflər görüş zamanı Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti