Bakı. Trend:
Fransa Afrika ölkələrinin xammalını istismar edir.
Trend xəbər verir ki, bunu “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol deyib.
"Fransa müstəmləkəçi ölkədir. O, təkcə müstəmləkəçiliklə məşğul olmur, həm də neokolonial hökmranlıq formasında Afrikada yoxsulluğu dəstəkləyir. Misal üçün, Fransa Niger, Mali, Burkina-Faso və Qvineyanın xammalını istismar edir və burada hərbi və iqtisadi baxımdan dominantlıq edir",- deyə Kerol vurğulayıb.
Onun sözlərinə görə, BMT kolonializmə qəti şəkildə son qoymağa çalışdığını desə desə də, bu kolonializm özünü "insan haqları ölkəsi" adlandıran dövlət tərəfindən dəstəklənir.
Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
(Tərcümə: Rəna Əbdürəhmanova)